Kirayədə qalan gənc qız dəm qazından ÖLDÜ 

19:28 03.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda bədbəxt hadisə baş verib.

Hafta.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbə sakini, 2007-ci il təvəllüdlü Leyli Məmmədova yaşadığı evin vanna otağında dəm qazından boğularaq dünyasını dəyişib.

Məlumata görə, mərhum həmin evdə kirayə qalırmış.

Faktla bağlı araşdırma aparılır./oxu.az/